Bu metrostansiyada sərnişin öldü

17 Yanvar 2026 12:11 (UTC+04:00)

Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Aznews.az