Azərbaycan Basketbol Liqası: "Ordu" "Sərhədçi"yə, "Neftçi" isə "Gəncə"yə qalib gəlib

17 Yanvar 2026 16:37 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında XIII turun daha 2 oyunu keçirilib.

Aznews.az xəbər verir ki, ilk olaraq B qrupunda "Ordu" "Sərhədçi" ilə üz-üzə gəlib.

Matç "Ordu" kollektivinin 98:82 hesablı qələbəsi ilə bitib.

A qrupunda isə "Gəncə" və "Neftçi" kollektivləri qarşılaşıb. Görüş Bakı təmsilçisinin 77:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun ilk matçında "Naxçıvan" "Lənkəran"a 106:75 hesabı ilə qalib gəlib.