Əsədin 42 kimyəvi zavodu var

14 Sentyabr 2013 21:45 (UTC+04:00)
Cenevrədə Rusiya və ABŞ arasında Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarəti götürülməsi ilə bağlı keçirilən görüşlər üç gündür davam edir. Amma tərəflərin hələ də ortaq məxrəcə gəlmədiyi bildirilir.

"Haberler.com"un xəbərinə əsasən, Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komissiyasının başçısı Aleksey Puşkov müharibə davam edərkən 2-3 həftə içində Əsədin 42 kimyəvi silah anbarını nəzarətə götürməyin mümkünsüz olduğunu söyləyib.

Puşkov "Twitter"sosial şəbəkəsi vasitəsilə görüşləri qiymətləndirərək, "ABŞ-ın 2-3 həftə içində kimyəvi silahları beynəlxalq nəzarətə götürməsi tələbi professional tələb deyil. Suriyada ən azı 42 başqa-başqa kimyəvi silah anbarı var. Bunların böyük hissəsi də müharibə gedən zonadadır",- yazıb.

Suriyada olan BMT mütəxəssislərinin hazırladığı hesabatın isə gələn həftə ictimaiyyətə açıqlanacağı gözlənilir. BMT rəhbəri Pan Ki Mun Suriyada kimyəvi silah olduğunu açıqlasa da, kim tərəfindən istifadə edildiyini açıq söyləməyib.

ABŞ Dövlət katibi Kerri Cenevrəni tərk edərək əvvəl İsrailə gedib Baş nazir Bencamin Netanyahu ilə görüşməyi planlaşdırır. Daha sonra Parisə gedərək Fransa Xarici İşlər naziri Laurent Fabius və İngiltərə Xarici İşlər naziri ilə görüşəcək. Kerri burada Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Sayed Əl-Faysalla da görüşəcək.

Xəbər "Axar.az"dan gəlir