"Barselona"nın braziliyalı futbolçusu zədələnib

18 Yanvar 2026 17:16 (UTC+04:00)

İspaniyanın "Barselona" klubunun braziliyalı futbolçusu Rafinya zədələnib.

Aznews.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu bu həftə aldığı zədə səbəbindən XX turda səfərdə üz-üzə gələcəkləri "Real Sosyedad"la matçda meydana çıxmayacaq. Futbolçunun sağalma müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 49 xalla ilk pillədə yer alıb.