Dünyanın ən yaşlı sakini vəfat etdi- ABŞ-da

15 Sentyabr 2013 10:00 (UTC+04:00)
ABŞ-da 112 yaşında dünyanın ən yaşlı sakini Salustiano Sançes Blazkes vəfat edib. APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, 2013-cü ilin iyununda 117 yaşlı yaponiyalı Dziroemon Kimura vəfat etdikdən sonra Qinness Rekordlar Kitabı onu dünyanın ən qocaman sakini kimi qeydə alıb.

Salustiano Sançes Blazkes Nyu-Yorkda qocalar evində vəfat edib. O 1901-ci ilin iyunun 8-də İspaniyada anadan olub, 17 yaşında Kubaya köçüb, 1920-ci illərdə isə Amerikaya gələrək Kentukki ştatında mədəndə fəhlə işləyib. Bundan başqa o gəncliyində istedadlı musiqiçi olub və kənd toylarına mahnı ifa edirmiş.

Qeyd edək ki, Sançes Blazkesin 7 nəvəsi, 15 nəticəsi və 5 kötücəsi var.

Hazırda 1902-ci ilin mayın 2-də anadan olmuş Arturo Likata dünyanın ən yaşlı sakini hesab olunur.

AzNews.az