Türkiyədə əməliyyat zamanı 290 kq-a yaxın narkotik aşkarlanıb

18 Yanvar 2026 17:25 (UTC+04:00)

Türkiyədə "Beynəlxalq Narkotik Qaçaqmalçılığı ilə Mübarizə" çərçivəsində əməliyyat həyata keçirilib və 220,7 kq kokain, 69 kq skunk narkotik maddəsi aşkarlanıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında məlumat yayıb.

Qadağan olunmuş maddələr Ədirnə Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən Hamzabeyli gömrük ərazisində bir yük maşınında aparılan axtarış zamanı aşkar edilib.

Şübhəli şəxslər barəsində hüquqi prosedur başladılıb.

"Xalqımızın bilməsini istəyirəm ki, biz narkotiklərə qarşı müharibə elan etdik! Narkotik insanlığa qarşı cinayətdir. Bu müharibəni təkcə ölkəmiz üçün deyil, bəşəriyyət naminə davam etdiririk" , - Yerlikaya bildirib.