"Araz-Naxçıvan" təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib

18 Yanvar 2026 17:34 (UTC+04:00)

"Araz-Naxçıvan" klubu təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Aznews.az xəbər verir ki, komanda I Liqa təmsilçisi "Zaqatala" ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən görüş Naxçıvan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.

Qeyd edək ki, daha əvvəl "Qəbələ"yə minimal hesabla uduzan "Araz-Naxçıvan" klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.