Suriya Ordusunun nəzarətə götürdüyu Tabqada terror təşkilatı YPG-nin həbsxanasının görüntüləri yayılıb.
Aznews.az xəbər verir ki, fotoları "Anadolu Agentliyi"nin çəkiliş qrupu lentə alıb.
Məlumata görə, YPG Tabqadan çıxarkən həbsxanadakı əsirləri öldürüb.
Suriya hökuməti buna görə YPG-ni müharibə cinayəti törətməkdə günahlandırıb.
Xatırladaq ki, Suriya ordusunun bölmələri yanvarın 17-də Tabqaya daxil olaraq silahlı dəstələri mühasirəyə alıb.