Xabi Alonso "Qarabağ"ın rəqibinin baş məşqçisi ola bilər

18 Yanvar 2026 17:45 (UTC+04:00)

İspaniyanın "Real" klubunun sabiq baş məşqçisi Xabi Alonso karyerasını "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi Almaniya təmsilçisi "Ayntraxt"da (Frankfurt) davam etdirə bilər.

Aznews.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Frankfurt klubu ispaniyalı mütəxəssisi dəvət etməkdə maraqlıdır. "Ayntraxt"ın idman direktoru Markus Kreşe potensial təyinatı müzakirə etmək üçün Alonso ilə görüşmək niyyətindədir.

Ötən yay "Real"ı çalışdırmağa başlamış mütəxəssis bu il yanvarın 12-də Madrid klubundan ayrılıb.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.