Britaniya tariflərin ləğvi naminə Qrenlandiyanı ABŞ-nin bir hissəsi kimi tanımayacaq

18 Yanvar 2026 18:13 (UTC+04:00)

Böyük Britaniya tariflərinin ləğvi qarşılığında Qrenlandiyanı ABŞ-nin bir hissəsi kimi tanımayacaq.

Aznews.az xəbər verir ki, bunu Birləşmiş Krallığın rəqəmsal texnologiyalar, mədəniyyət, kütləvi informasiya vasitələri və idman naziri Liza Nendi "Sky News"a verdiyi müsahibədə bildirib.

"Baş nazir (Böyük Britaniyanın Baş naziri Kir Starmer) dünən axşam aydın şəkildə bildirdi ki, biz tariflərlə bağlı qərarın tamamilə yanlış olduğunu düşünürük", - nazir qeyd edib.

Onun fikrincə, Qrenlandiyanın gələcəyini Qrenlandiya və Danimarkanın xalqları təyin etməlidir. "Bizim mövqeyimiz belədir, bunu ABŞ administrasiyasındakı müttəfiqlərimiz və dostlarımızın diqqətinə çatdırmışıq", - o vurğulayıb.

Nazir bildirib ki, Britaniya hökuməti Qrenlandiya və Danimarka xalqlarının təsdiqini tapmayan heç bir hərəkəti dəstəkləməyəcək.

Daha əvvəl Tramp bəyan edib ki, 2026-cı ilin 1 fevralından etibarən ABŞ Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı tarifləri 10 %-ə, 1 iyundan etibarən isə 25 %-ə qaldıracaq. Onun sözlərinə görə, bu tariflər Qrenlandiyanın satışı barədə razılaşma əldə olunana qədər qüvvədə qalacaq.