Portuqaliyada prezident seçkilərində seçici fəallığı 21 faizi ötüb

18 Yanvar 2026 19:17 (UTC+04:00)

Portuqaliyada keçirilən prezident seçkilərində saat 12:00-a (yerli vaxtla, Bakı vaxtı ilə 16:00) seçici fəallığı 21,18 % təşkil edib.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İdarəetmə Nazirliyi məlumat yayıb.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və 19:00-a qədər (Bakı vaxtı ilə 23:00) fəaliyyət göstərəcək.

Dövlət başçısı postu uğrunda rekord sayda – 11 namizəd (10 kişi və 1 qadın) mübarizə aparır. Səsvermənin ilkin nəticələri məntəqələr bağlandıqdan dərhal sonra açıqlanacaq.

Qeyd edək ki, 2021-ci ildə keçirilən prezident seçkilərində günortaya qədər iştirak faizi 17 %-i ötmüşdü.