"Şəki"nin baş məşqçisi: "Heç bir planımızı gerçəkləşdirə bilmədik"

18 Yanvar 2026 19:39 (UTC+04:00)

"Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XIII turunda "Sabah"a məğlub olduqları oyunda planlarını gerçəkləşdirə bilməyib.

Aznews.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, rəqiblə eyni səviyyədə olmadıqlarını bildirib:

"Sabah bizim üçün çətin rəqibdir, təəssüf ki, eyni səviyyədə deyilik. Biz də oyundan çox asan qopduq. Əslində rəqibə qarşı bəzi planlarımız vardı, ancaq heç birini gerçəkləşdirə bilmədik. Oyundan qopduqdan sonra da toparlanmağı bacarmadıq. Növbəti tur NTD ilə matça çox yaxşı hazırlaşıb, qalib gəlmək istəyirik. Yeni transferimiz NTD ilə matça yetişəcək. Zatən o, ötən mövsümdən bizim oyun sistemimizi bildiyindən, bizimlə birgə az məşq keçsə belə, çıxış edə biləcək. Bir oyunçu heyətimizə qatmağı düşünürük".

Qeyd edək ki, "Sabah" - "Şəki" matçı 112:65 hesabı ilə başa çatıb.