Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç keçirilib

18 Yanvar 2026 19:55 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç keçirilib.

Aznews.az xəbər verir ki, VIII turdan təxirə salınmış görüşdə "Gənclər" "Abşeron"la üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan oyun "Abşeron"un 3:0 (25:17, 25:16, 25:13) hesablı qələbəsi ilə başa çatıb.