Avtoritetlər Nardaranda silahları işə saldı; Toyda silahlı insident

15 Sentyabr 2013 10:25 (UTC+04:00)
Sentyabrın 13-də kriminal aləmdə nardaranlı Nahid kimi tanının avtoritetin övladının toy mərasimi keçirilib. Ölkənin eləcə də qonşu dövlətlərin tanınmış avtoritetlərinin iştirak etdiyi toyda qarşıdurma yaranıb.

Bu barədə AzNews.az-a daxil olan məlumata görə, mağarda qurulan məclisdə Saray qəsəbəsindən olan İlqar adlı avtoritetin hələlik açıqlanmayan səbəblərdən dava salıb. Dava əsnasında hətta bir neçə dəfə güllə səsləri eşidilib. Kimin atəş açdığı və günahkarın necə cəzalandırılacağı isə avtoritetlər arasındakı müzakirələrdən sonra tam məlum olacaq.

Məlumata görə davada iştirak edən tərəflər ancaq avtoritetlərin müdaxiləsindən sonra sakitləşərək, toy məclisinin davam etməsinə şərait yaradıblar. Lakin nardaranı Nahid övladının toy mərasimində baş verən bu hadisədən qəzəblənərək, günahkarın cəzalandırılmasını tələb edir.

Sarı
AzNews.az