Son illər artıq çəki qlobal problemə çevrilib. Uşaq və gənclər arasında piylənmədən əziyyət çəkənlərin sayının sürətlə artması beynəlxalq səhiyyə qurumlarını ciddi narahat edir.
Aznews.az xəbər verir ki, mütəxəssislər hazırda 1 milyarddan çox insanın piylənmədən əziyyət çəkdiyini müəyyən edib. Bu mənfi tendensiya fərqli coğrafyalarda - Amerikada, Avropada və Şərqdə müşahidə edilir.
Beynəlxalq səhiyyə təşkilatlarının hesablamalarına görə, 2035-ci ildə dünya əhalisinin yarısından çoxu piylənmədən əziyyət çəkəcək.
Həkimlərin qənaətinə görə piylənmənin əsas səbəbi hərəkətsizlikdir. Saatlarla kompüter qarşısında əyləşən adamlar az qida qəbul etsələr belə yenə kökəlirlər. Digər səbəb isə keyfiyyətsiz qidalar və geni dəyişdirilmiş məhsullardı. Zərərli qidalar piylənmə ilə yanaşı şəkər, ürək, böyrək, qaraciyər və digər xəstəliklərə səbəb olur. Həmçinin yuxusuzluq da piylənmədən yaranan xəstəlik sayılır.
Hesablamalara görə, 10 il sonra piylənmə ilə mübarizə üçün ildə ən azı 4 trilyon dollar vəsait lazım olacaq.
Alimlər piylənmənin ömrü qısaltdığını müəyyən ediblər. Xüsusilə yaşı 50-ni ötmüş şəxslərə az yemək, daim hərəkət etmək və gündə 8 saat yatmaq tövsiyə olunur.
Aznews.az