İlham İsmayıl xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

19 Yanvar 2026 10:42 (UTC+04:00)

Ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.

Aznews.az xəbər verir ki, bununla bağlı ekspertin bacısı Bəsti İsmayıl feysbuk hesabında paylaşım edib.

O bildirib ki, İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Bəsti İsmayıl həmçinin qeyd edib ki, qardaşı Reanimasiya şöbəsində müalicə alır./Qafqazinfo

Aznews.az