"17.01.2026-ci ildə Ümid Partiyasının 150 m məsafəsində yerləşən “Şəkərbala” uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis işçiləri tərəfindən saxlanılıb. Xeyli polis işçisinin toplandığı yerə Ümid Partiyasının sədri yaxınlaşıb və hadisənin mahiyyətini soruşub".
Bu barədə Ümid Partiyası bəyanat yayıb.
Bəyanatda yazılanlara görə, ona cavab olaraq bildirilib ki, axtarışda olan şəxslə bağlı tədbirdir.
Sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb.
Ümid Partiyasının qərargahında, sədrin otağında, partiyaya aid ərazidə nə kimsə saxlanılıb, nə də axtarış aparılıb.
AzNews.az