Çində zavodda partlayış baş verib

19 Yanvar 2026 14:09 (UTC+04:00)

Çinin Daxili Monqolustan Muxtar Bölgəsində fəaliyyət göstərən bir polad lövhə zavodunda doymuş su və buxar çəninin partlaması nəticəsində güclü partlayış baş verib.

Hadisə zamanı 2 nəfər həyatını itirib, 84 nəfər yaralanıb.

Rəsmilər bildiriblər ki, yaralılardan 3 nəfərin vəziyyəti ağırdır. Daxili Monqolustan Baotou Polad Birliyi isə hadisə zamanı müəssisədə olan 8 işçinin itkin düşdüyünü açıqlayıb.

İtkin düşən işçilərin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.

Mövsüm,

AzNews.az