Yanvarın 21-də "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş saatı uzadılacaq.
Aznews.az xəbər verir ki, Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, bütün stansiyalar yanvarın 22-nə keçən gecə saat 01:00-a qədər açıq olacaq, "Gənclik", "28 May" və "Nərimanov" stansiyalarında xüsusi nəzarət təmin ediləcək.