Orban: Avropa artıq alman hərbi maşını tərəfindən idarə olunur

19 Yanvar 2026 18:03 (UTC+04:00)

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, hazırda Avropa Almaniyanın hərbi maşını tərəfindən idarə olunur və bu səbəbdən təhlükə birbaşa və realdır.

“Avropa Komissiyasına bir alman rəhbərlik edir — faktiki olaraq Almaniya kansleri. Avropa Parlamentində ən böyük fraksiyanın rəhbəri də almandır. Üç nəfər faktiki olaraq Avropanın hərbi siyasətini müəyyənləşdirir”, — deyə Orban vurğulayıb.

Onun sözlərinə görə, təcrübə göstərir ki, Avropalı sülhməramlılar münaqişələrin həllinə yox, onların davam etməsinə xidmət edir.

Mövsüm,

AzNews.az