İranın xarici işlər naziri bu il Davosda keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etməyəcək. Forumun verdiyi açıqlamada buna səbəb kimi son həftələrdə İranda mülki şəxslərin öldürülməsi göstərilib.
DİF-in X sosial şəbəkəsində paylaşdığı açıqlamada deyilir:
“Keçən payızda dəvət olunmasına baxmayaraq, son həftələrdə İranda mülki insanların faciəvi şəkildə həyatını itirməsi səbəbindən İran hökumətinin bu il Davosda təmsil olunması düzgün hesab edilmir.”
Bu qərarın, Tehranın etirazlara qarşı sərt tədbirləri fonunda ona qlobal platforma verilməməli olduğunu bildirən hüquq müdafiə qrupları və siyasi fiqurların artan təzyiqlərindən sonra qəbul edildiyi qeyd olunur.
Mövsüm,
AzNews.az