Portuqaliyada prezident seçkilərində ikinci tur təyin edilib

19 Yanvar 2026 18:15 (UTC+04:00)

Sosialist Antoniu Joze Sequro Portuqaliyanın prezident seçkilərində liderlik edir, ona seçicilərin 31,1 %-i səs verib.

Aznews.az Portuqaliya KİV-ə istinadən xəbər verir ki, ikinci yerdə isə 23,5 % ilə sağ radikal Andre Ventura ("Cheqa" Partiyası) qərarlaşıb.

Bundan əlavə, "Liberal Təşəbbüs" Partiyasından olan Joao Kotrim Fiqeyredo 15,9 % nəticə ilə üçüncü yeri tutub.

Namizədlərdən heç biri birinci turda seçicilərin səslərinin 50 %-dən çoxunu toplaya bilmədiyindən fevralın 8-də seçkilərin ikinci turu keçiriləcək.

Beləliklə, Portuqaliya 1986-cı ildən bəri ilk dəfə və 1976-cı ildə demokratiyanın qurulmasından bu yana yalnız ikinci dəfə prezident seçkilərinin ikinci turuna çıxır.