"Şamaxı" "Zirə"nin futbolçusunu icarəyə götürüb

19 Yanvar 2026 19:23 (UTC+04:00)

"Şamaxı" qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.

Aznews.az xəbər verir ki, bölgə təmsilçisi "Zirə"dən Ramiz Muradovu icarə əsasında heyətinə qatıb.

21 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər "Şamaxı"da çıxış edəcək.