ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya sahib olmaqla bağlı açıqlamaları Avropada gərginlik yaradandan sonra bəzi Avropa ölkələri hərbi müdafiə təlimində iştirak etmək üçün adaya əsgər göndərmişdi.
Trampın bu mövzuda geri addım atmaması və ona qarşı mövqe tutan ölkələrə əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlamasından sonra Danimarka ordusundan yeni addım gəldi.
Danimarkanın TV 2 kanalına məlumat verən Danimarka Silahlı Qüvvələri, çox sayda hərbçidən ibarət və “mühüm dəstək” kimi qiymətləndirilən Danimarka hərbi birliyinin Qrenlandiyaya yola düşdüyünü bildirib.
Mövsüm,
AzNews.az