Ərdoğandan BMT-yə sərt ittihamlar

15 Sentyabr 2013 15:00 (UTC+04:00)
Suriyada cərəyan edən ən son hadisələrlə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatına qarşı sərt ittihamlar səsləndirib.


Adiyamanda çıxışı zamanı hökumət başçısı rəsmi Dəməşqin hələ də öz xalqına qarşı qəddarlıq etdiyini və bu zülmün beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdiyini vurğulayıb. Suriyada yaşanan bu böhranın bu günə qədər aradan qaldırılmamasına görə isə Birləşmiş Millətlər Təşkilatını günahlandıran Ərdoğan Misirə dəstəyini onların sülhə çağırış işarəsini göstərməklə nümayiş etdirib.

"Suriyadakı diktator öz əməlində atasını geridə qoyub. Bütün dünya Suriyada kimyəvi silahların 700-dən çox insanın həyatına son qoyduğunu deyir. Nəticəsi ölüm olan hər günaha görə haqq-hesab çəkilməlidir. Dünyanın səsi haradadır. BMT-nin daimi üzvləri hələ də qərar verə bilməyiblər. Güclü olanlar addım atmır. Türkiyə bu məsələdə həmrəy olmalıdır. Misirdə də demokartiyaya hərbi çevriliş nəticəsində zərbə vuruldu. Suriya xalqının da, Misir xalqının da yanındayıq. Onlar bizim qardaşlarımızdır. Onlarla birlikdəyik, lakin zalımların deyil". (anspress)




AzNews.az