İranda iğtişaşların 200-ə yaxın təşkilatçısı həbs edilib

20 Yanvar 2026 08:57 (UTC+04:00)

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin qərbində yerləşən Lorestan əyalətində iğtişaşların 192 təşkilatçısını saxlayıb.

Aznews.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi İİKK-nın yerli şöbəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Lorestan əyalətində iğtişaşların və qırğınların 192 təşkilatçısı və rəhbəri həbs edilib; onlar ABŞ və İsraildəki terror təşkilatları ilə əlaqəli idilər", - məlumatda bildirilir.

Aznews.az