Tramp Paşinyanı da "Sülh Şurası"na dəvət etdi

20 Yanvar 2026 11:02 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı da Qəzzada yaradılacaq "Sülh Şurası"na dəvət edib.

Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan rəsmi şəkildə Qəzza “Sülh Şurası”nda təsisçi üzv kimi iştirak etməyə dəvət olunub.

Baqdasaryan qeyd edib ki, Baş nazir Paşinyan bu təklifi hazırlıqla və məsuliyyət hissi ilə qəbul edərək, Ermənistanın sülhün təşviqinə sadiqliyini təsdiqləyib.

Aznews.az