İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2026 15:16 (UTC+04:00)

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

Aznews.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

"20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizliyini və sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq", - məlumatda qeyd edilib.