Azərbaycanda ötən il kolbasa istehsalı 4 %-dən çox artıb

20 Yanvar 2026 15:26 (UTC+04:00)

Ötən il Azərbaycanda 33 min 321,6 ton kolbasa məmulatları istehsal edilib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 4,3 % çoxdur.

Bu il yanvarın 1-nə ölkədə 21,1 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da bir il öncəki göstəriciyə nisbətən 2,8 dəfə azdır.

Hesabat dövründə Azərbaycanda 4 milyard 991,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,1 % çoxdur.