Almaniyanın "Ayntraxt" komandası "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər.
Aznews.az xəbər verir ki, bunu Frankfurt təmsilçisində baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt deyib.
Mütəxəssis Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
O, səfərə yaxşı hisslərlə yollanacaqlarını sözlərinə əlavə edib: "Bakıda yaxşı oyun sərgiləyə bilərik. Bu qarşılaşmaya hazırlaşmaq üçün kifayət qədər vaxtımız var idi".
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.