Səfir: Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir

20 Yanvar 2026 15:44 (UTC+04:00)

Azərbaycanın humanitar yardımı Ukrayna üçün böyük əhəmiyyət daşıyır.

Aznews.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.

"Biz həmişə Azərbaycan xalqı ilə həmrəyik və onun ərazi bütövlüyünü, suverenliyini və azadlığını hər zaman dəstəkləyirik", - o bildirib.

Qeyd edək ki, Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

MƏLUMAT YENİLƏNİR...