Bessent: Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi üçün qanuna ehtiyacı yoxdur

20 Yanvar 2026 22:39 (UTC+04:00)

ABŞ administrasiyası hesab edir ki, Rusiyaya qarşı birtərəfli sanksiyaları daha da sərtləşdirmək üçün qanun layihəsi lazım deyil, çünki ABŞ Prezidenti Donald Tramp artıq bu sahədə bütün lazımi səlahiyyətlərə malikdir.

Aznews.az xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (WEF) deyib.

"Hesab etmirik ki, Prezident Tramp bu səlahiyyətlərə ehtiyac duyur. O, bunu IEEPA ("International Emergency Economic Powers Act", 1977-ci ilin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu) çərçivəsində edə bilər. Lakin Senat (ABŞ Konqresi) ona bu əlavə səlahiyyətlər vermək istəyir", - o deyib.

Eyni zamanda, ABŞ-nin maliyyə naziri yeni qanun layihəsinin qəbul olunmayacağı ehtimalını da istisna etməyib: "Görək, təsdiqlənəcəkmi".