Azərbaycan və Ermənistan arasında ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunmuş tarixi saziş Cənubi Qafqazda otuz ildən artıq davam edən müharibə və qanlı dövrə son qoydu.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə deyib.
Onun sözlərinə görə, bu sülh sazişinin unikal cəhəti ondan ibarətdir ki, o, sonuncu qanlı toqquşmadan (2023-cü il antiterror əməliyyatı – red.) cəmi iki ildən az müddət sonra razılaşdırılıb və paraflanıb.
"Bu, açıq şəkildə göstərir ki, hər iki tərəfin güclü siyasi iradəsi və sülhə sadiqliyi olduğu halda barışıq nisbətən qısa müddətdə mümkündür", – dövlət başçısı vurğulayıb.