“Biz istəyirik ki, kimyəvi silah bütün dünyada məhv edilsin“

15 Sentyabr 2013 19:35 (UTC+04:00)
Almaniya Suriyada kimyəvi silah ehtiyatlarının məhv edilməsində köməklik göstərməyə hazırdır.

Bu haqda Almaniya Federativ Respublikasının xarici işlər naziri Qido Vestervelle deyib.

"Biz istəyirik ki, kimyəvi silah bütün dünyada məhv edilsin. Çünki dünya yalnız bundan sonra təhlükəsiz olacaq. Buna görə də biz Suriyada kimyəvi silahın məhvedilməsində istər texniki, istərsə də maddi yardım göstərməyə hazırıq. Almaniya Suriyada kimyəvi silahın nəzarətə alınması və məhv edilməsi barədə Rusiya-ABŞ razılaşmasını dəstəkləyir. Əsas odur ki, bu razılığın həyata keçirilməsi yolunda addım atılsın", - deyə Vestervelle bildirib.(gun.az)

AzNews.az