Babək rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq

20 Yanvar 2026 23:02 (UTC+04:00)

Babək rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq.

Aznews.az xəbər verir ki, Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, yanvarın 21-də saat 10:30-dan 11:30-dək Qahab, Naxışnərgiz, Nəhəcir, Göynük, Nəcəfalidizə, Yarımca, Hacıvar, Badaşqan, Şəkərabad kəndlərində təmir bərpa işləri ilə əlaqədar olaraq 2 179 abonentin qaz verilişində məhdudiyyət olacaq.