Bakıya qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb.
Aznews.az xəbər verir ki, Binəqədi rayonu ərazisində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Yaşar Allahyar oğlu Eyvazov qonaq gəldiyi qardaşının evindəki hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.
Qeyd edək ki, ötən gün 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək həyatını itirib.
Aznews.az