Sərxoş sürücüləri aşkarlayacaq yeni sistem hazırlandı

15 Sentyabr 2013 21:03 (UTC+04:00)
Yapon alimləri yol polislərinin köməyinə çatacaq və qəzaları önləyəcək yeni sistem kəşf ediblər. Belə ki, yapon alimlərinin yeni ixtirası sükan arxasındakı sürücünün durumunu, eləcə də onun hərəkətlərinin təhlükəsizlik dərəsəcini müəyyən etməyə imkan verəcək.

Alimlərin hazırladıqları biometrik sistem vasitəsilə sürücülərin vəziyyətini müəyyənləşdirmək mümkün olacaq. Baş örtüyü şəklində hazırlanacaq yeni sistem yuxulu və ya sərxoş sürücünü seçəcək, onun hərəkətlərinin təhlükə dərəcəsini müəyyənləşdirəcək.

Mütəxəssislər belə hesab edir ki, yeni sistem polislərin işini asanlaşdırmaqla yanaşı, sürücülərin öz təhlükəsizliyi üçün də effektli olacaq.

Elnur
AzNews.az