Şagirdlərə dronların idarə olunması üzrə dərslər keçiriləcək

21 Yanvar 2026 11:40 (UTC+04:00)

Rusiya məktəblərində tədris proqramlarına dronların yığılması və idarə olunması üzrə dərslər salınacaq.

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq hökumət siniflərin dronlar və silah maketləri ilə təchiz olunması ilə bağlı sərəncam verib.

Təhlükəsizlik və Vətənin Mühafizəsinin Əsasları adlı fənn üçün əyani vəsait siyahısına 90 adda predmet, o cümlədən silah maketləri, hərbdə istifadə olunan tibbi vasitələr, habelə gecə görmə cihazları daxil edilib.

Bundan əlavə, blok əsaslı proqramlaşdırmanın öyrənilməsi və coystik və ya smartfon vasitəsilə idarəetmə imkanı olan təlim məqsədli pilotsuz uçuş aparatlarının (dronların) təmin edilməsi nəzərdə tutulur. Siyahıya proyeksiya olunan hədəflər üzrə atəş üçün elektron tir sistemləri, pnevmatik silahlar üçün atıcılıq tirləri, həmçinin maneə zolağının elementləri də daxil edilib.

Aznews.az