Prezidentliyə namizəd İbrahimbəyovla görüşəcək

15 Sentyabr 2013 20:05 (UTC+04:00)
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşmək üçün Tbilisə yola düşüb.

Prezidentliyə vahid namizədlə Milli Şuranın sədri seçkiöncəsi strategiyanı müzakirə edəcək.

"Qafqazinfo" xəbər verir ki, Milli Şuradan prezidentliyə vahid namizəd Cəmil Həsənli Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla görüşmək üçün bazar günü axşam Tbilisiyə yola düşüb.

Görüşdə Cəmil Həsənlinin seçki kampaniyasının strategiyası və təşkilati məsələlər müzakirə ediləcək.

AzNews.az