ABŞ NATO-dakı hərbi mövcudluğunu azaldır

21 Yanvar 2026 17:18 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) NATO-nun güc strukturu elementlərində və məsləhət qruplarında şəxsi heyətin sayını azaltmaq planlarını açıqlayıb.

“Washington Post” qəzetinin mənbələrə istinadən yaydığı xəbərə görə, Prezident Donald Tramp və onun administrasiyası ABŞ-ın NATO alyansı çərçivəsindəki hərbi mövcudluğunu azaltmaq qərarına gəlib.

Məlumata görə, NATO qüvvələrinin təlimini hədəfləyən “Mükəmməllik Mərkəzləri” də daxil olmaqla, alyans daxilində fəaliyyət göstərən təxminən 30 qurumda ABŞ hərbi personalının sayı azaldılacaq.

Bir neçə ilə yayılacaq və təxminən 200 hərbçini əhatə edəcək plan çərçivəsində, NATO çərçivəsində xidmət müddəti başa çatan şəxslərin yerinə yeni personal təyin olunmayacaq.

Enerji təhlükəsizliyi, dəniz döyüşləri, kəşfiyyat və xüsusi əməliyyat bölmələrindəki ABŞ personalının iştirakı ya azaldılacaq, ya da NATO daxilində digər bölmələrə yönləndiriləcək.

Mövsüm,

AzNews.az