Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.
Aznews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
Həmçinin Emin Əmrullayev Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla da görüşüb.
Görüşdə iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, iki ölkənin ali təhsil müəssisələri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib.
Görüş zamanı Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Hacettepe və Ankara universitetlərini də ziyarət edib.
Aznews.az