Haldun Dormen vəfat edib

21 Yanvar 2026 22:09 (UTC+04:00)

Türkiyəli teatr ustası Haldun Dormen vəfat edib.

Aznews.az xəbər verir ki, bu barədə Hürriyyət qəzeti aktyorun oğluna istinadən məlumat verib.

Onun müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Haldun Dormen orta məktəb təhsilini Qalatasaray Liseyində başa vuraraq lisey təhsilini Robert Kollecində davam etdirib.

Teatr təhsilini Amerika Birləşmiş Ştatlarında nüfuzlu Yel Universitetində magistr dərəcəsi ilə tamamlayan Dormen, iki il ərzində ABŞ-da müxtəlif teatrlarda aktyor və rejissor kimi fəaliyyət göstərib.

O, Hollivudda “Pasadena Playhouse”da dörd tamaşada çıxış edib.

Aznews.az