Azyaşlı və yeniyetmə dəm qazından ölüb

22 Yanvar 2026 11:18 (UTC+04:00)

Bakının Binəqədi rayonunda 10 yaşlı uşaq dəm qazından boğulub.

Aznews.az xəbər verir ki, hadisə yanvarın 22-də baş verib. 2016-cı il təvəllüdlü U.V. yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən U.V. orada ölüb.

Araşdırma aparılır.

Dəm qazından növbəti ölüm hadisəsi isə Bakının Xəzər rayonunda qeydə alınıb.

Buzovna qəsəbə sakini, 2012-ci il təvəllüdlü Ə.N. yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az