Gəncədə sərnişin avtobusu piyadanı vurub - FOTO

22 Yanvar 2026 11:31 (UTC+04:00)

Gəncədə sərnişin avtobusu piyadanı vurub.

Şəhər ərazisində 5 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu keçmək istəyən 1995-ci il təvəllüdlü N.Zeynalovanı vurub. Qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yeləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az