İranda öldürülən yüzlərlə etirazçının fotoları sızdırılıb

22 Yanvar 2026 17:01 (UTC+04:00)

İranda milli valyutanın devalvasiyası səbəbindən 28 dekabrda başlayan etirazlar daha da şiddətlənərək rejim əleyhinə nümayişlərə çevrilib.

ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, ölkənin müxtəlif yerlərində baş verən hadisələr nəticəsində 26.541 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 201 təhlükəsizlik işçisi də daxil olmaqla 4.902 nəfər həyatını itirib.

İranda hökumət əleyhinə etirazlar zamanı həlak olanların üzlərini göstərən yüzlərlə fotoşəkil BBC-nin faktların yoxlanılması və təsdiqlənməsi bölməsi olan BBC Verify-ə sızdırılıb.

İddialara görə bulanıq olan fotolarda 18-i qadın olmaqla ən azı 326 nəfərin qanlı, şişmiş və göyərmiş üzləri görünür.

Mövsüm,

AzNews.az