Suriyalı zabitlər İordaniyaya qaçıb

16 Sentyabr 2013 07:51 (UTC+04:00)
Suriya münaqişəsi başlayandan 2100 nəfərdən çox suriyalı zabit İordaniyaya qaçıb. Bunu İordaniyanın xarici işlər naziri deyib.

Onun sözlərinə görə, onlar təhlükəsizlik baxımından hərbi bazalarda saxlanılır.

BMT və İordaniyanın məlumatlarına görə, bu ölkənin ərazisində artıq təqribən yarım milyon suriyalı qaçqın var.

Təkcə ölkənin şimalındakı Zaatari düşərgəsində 130 min suriyalı qaçqın yaşayır.

Qeyd edək ki, münaqişə başlayandam 2 milyondan çox suriyalı qonşu ölkələrə, əsasən də İordaniya, Livan, Türkiyə və İraqa qaçıb.(trend)

AzNews.az