Gürcüstanın Azərbaycandan siqaret tədarükünə çəkdiyi xərc 41 % artıb

22 Yanvar 2026 18:45 (UTC+04:00)

Ötən il Gürcüstan Azərbaycandan 45,3 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 41 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 159 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da 1 il əvvəlki göstəricidən 0,6 % azdır.

Hesabat dövründə Gürcüstan Litvadan 44,8 milyon ABŞ dolları, Ermənistandan 23 milyon ABŞ dolları, Ukraynadan 12,5 milyon ABŞ dolları, Serbiyadan 9 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 158,6 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 32,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.