16 uşaqlı məşhur ailə- Foto

16 Sentyabr 2013 08:11 (UTC+04:00)
Bu ailə Britaniyada məşhurlaşıb. Çünki 24 il ərzində hər 17 aydan bir bu ailədə bir övlad dünyaya gəlib.

Syu Redford sonbeşiyini 11 ay əvvəl dünyaya gətirsə də, yenə hamilədir.
Syu və əri Noelin 16 övladları var.

9 oğul və 7 qız...

İngiltərənin Lankaşir qraflığındakı Morkemb şəhərində yaşayan ailənin başçısı Noel Redford çörəkçidir.

Onun kiçik çörək sexi və dükanı var.

24 yaşlı Kris, 19 yaşlı Sofi, 18 yaşlı Xlo, 16 yaşlı Cek, 14 yaşlı Deniel, 12 yaşlı Lyük, 12 yaşlı Maylli, 10 yaşlı Keti, 9 yaşlı Ceyms, 8 yaşlı Elli, 7 yaşlı Eymi, 5 yaşlı Coş, 4 yaşlı Tilli, 2 yaşlı Oskar və 11 aylıq Kasper - onlar böyük və bəxtəvər ailədə yaşadıqlarını deyirlər.

Syu Redford deyir: "Bu günlərdə müayinə olundum. Həkimlərin dediklərinə görə, 17-ci övladım apreldə doğulmalıdır. Uşaqlar çox sevinirlər. Balaca Tilli dedi: "Ana, qarnında uşaq var. Əladır". Amma özümü əzgin hiss edirəm. Ev işlərini görməkdə çətinlik çəkirəm".
41 yaşlı Noelin xanımı 38 yaşlı Syu Redford ilk övladına hamilə qalanda 14 yaşında idi.

Syunun valideynləri aborta əl atmağı əmr etmişdilər.

"Onlar bətnimdəki uşağı öldürməyimi, Noellə bir daha görüşməməyimi istəyirdilər. Lakin inad etdim, qətiyyətlə davrandım. İlk övladımı doğdum, 4 il sonra, yetkinlik yaşıma çatanda isə Noellə evləndik", - Syu Redford deyir.

Nikahdan az sonra isə Noel və Syunun ikinci övladları doğulub.(milli.az)

AzNews.az