Qızılın qiymətində - YENİ REKORD

23 Yanvar 2026 09:36 (UTC+04:00)

Qızılın qiyməti tarixi rekordunu yeniləməkdə davam edib.

Aznews.az xəbər verir ki, COMEX birjasında bu ilin fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 3-də 0,86% artaraq 4955,6 dollara yüksəlib.

Qızılın son ticarət qiyməti isə 4 942,8 ABŞ dollarına bərabər olub. Ümumilikdə gün ərzində qiymət 35 dollar artıb.

Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,33% bahalaşaraq 4 952,31 ABŞ dolları səviyyəsində formalaşıb.

Qeyd edək ki, qızıl qiymətlərində müşahidə olunan artım əsasən qlobal bazarlarda risk iştahasının zəifləməsi və investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə izah olunur.