ABŞ 260 milyon dollar borcunu ödəmədən ÜST-dən çıxıb

23 Yanvar 2026 11:39 (UTC+04:00)

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.

Aznews.az bu barədə “Bloomberg“ə istinadən xəbər verib.

Bildirilib ki, bu barədə ABŞ prezidenti Donald Tramp bir il bundan əvvəl göstəriş verib və çıxış prosesi rəsmi olaraq dünən tamamlanıb.

Əlavə edilib ki, ABŞ-ın hələ də sözügedən təşkilata 260 milyon dollar borcu var.

Təşkilata ödənilən bütün maliyyə vəsaiti dayandırılıb.

Aznews.az